2024-04-29 12:20:37
Xəbərlər
326 dəfə oxunub

"Ağdam-Kəlbəcər" qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla "Kəlbəcər QPS" qaz kəməri qolunun tikintisi davam etdirilir

Kəlbəcər dağları hal-hazırda tikinti meydanını xatırladır. Ərazidə bütün infrastruktur işləri paralel aparılır.

Həyata keçirilən vacib layihələrdən biri də Yanvar ayında başlanan "Ağdam-Kəlbəcər" qaz kəmərinin çəkilişidir. 530 mm-lik polad borularla çəkilən qaz xətti çətin relyef şəraitində, dağlar yarılaraq dağların üzəri ilə aparılır.

Ərazinin 75 km-lik hissəsində planlaşdırma işləri başa çatıb və əraziyə borunun daşınması demək olar ki yekunlaşıb.

Hal-hazırda ərazidə 60 ağır texnika və 300 nəfər heyət çalışır. İşlərin yay aylarında yekunlaşdırılması planlaşdırılır.

Xəbəri paylaş: